Səməni cücərtmək adəti nə ilə bağlıdır?

27 2019 17:39


Novruzun əsas atributlarından biri səmənidir. Bu bayramı səmənisiz təsəvvür etmək qeyri-mümkündür. O, həm də bolluq simvoludur. Qarşıdan gələn il məhsulun necə olacağını cücərdilən səməni ilə müəyyən ediblər. Əgər yaxşı bitib və boy atıbsa, deməli, həmin il məhsul bol olacaq. Adətən səməni Novruz bayramına 10-15 gün qalmış cücərdilir. Düzgün qulluq edilsə səməni bayrama qədər hazır olar. Qədim inanclara görə səməni müqəddəs hesab olunur və insanlara xoşbəxtlik gətirən rəmz kimi tərənnüm edilir. Səməni ürəkdə tutulan diləyin yerinə yetəcəyinə inam doğurur. Ona görə də baharı qarşılamaq üçün səməni göyərdilir. Novruz süfrələrinin bəzəyinə çevrilən səməni bütün dünyada insan orqanizmini kompleks vitaminlərlə təmin edən müalicəvi qida kimi də məşhurdur. Buğda cücərtisinin tərkibindəki maddələr hüceyrə və toxumaları təmizləyir və yeniləyir. Orqanizmdə toplanan zərərli  maddələrin xaric olunmasına kömək edir.