Xüsusi qayğıya ehtiyacı olan uşaqların özünə inamını necə artırmaq olar?

28 2019 11:29

Ömərin 11 yaşı var. Dostumuz anadangəlmə əqli gerilikdən əziyyət çəkir.  O, evdə təhsil alır. Rəssamlığa marağı böyükdür.  Rəsm çəkməyi ona  atası  öyrədib. Ömərin atası İlqar Şahmərdanov rəssamdır.  Deyir ki, sağlamlıq imkanları məhdud uşaqlara ilk növbədə valideynləri dəstək olmalıdırlar.  Buna görə də öz sənətini oğluna öyrədir.Psixoloqlar  bildirirlər ki , fiziki imkanları məhdud uşaqlara sevgi və qayğı ilə yanaşılmalıdır.  Onları  bacara biləcəyi işlərə yönləndirmək lazımdır.  Əgər uşağın hansısa istedadı varsa ona dəstək verilməlidir. Çünki, bu xüsusi qayğıya ehtiyacı olan uşaqların özünə inamını artırır.  Hər hansı məşğuliyyət sağlamlıq imkanları məhdud uşaqların özünə qapanmasının qarşısını alır. Onları komplekslərdən uzaqlaşdırır və cəmiyyətə uyğunlaşmasını asanlaşdırır.