Üzeyir Hacıbəyovun 133 illik yubileyi qeyd olunub

21 2018 12:39

Quba Uşaq İncəsənət məktəbi və Quba Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə dahi bəstəkar və musiqişünas alim Üzeyir Hacıbəyovun 133 illik yubileyi qeyd olunub. Milli Musiqi Gününə həsr olunan tədbirdə müəllimlər, şagirdlər və rayonun ziyalıları iştirak ediblər.Əvvəlcə Azərbaycanda peşəkar musiqi sənətinin formalaşmasında və milli operanın yaranmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətlərindən  danışılıb.Daha sonra səhnə ifaçıların ixtiyarına verilib. Şagirdlər və müəllimlər bəstəkarın əsərlərini ifa ediblər. Musiqi bayramının keçirilməsində məqsəd milli musiqimizi yaşatmaq və onu məktəblilər arasında təbliğ etməkdir.Konsert proqramı musiqiçilərin ifaları ilə davam edib.