Təmiz havanın insan orqanizmi üçün hansı faydaları var?

28 2019 11:36

Təmiz hava ilə tənəffüs sağlamlığımız üçün çox önəmlidir. Amma Bu gün az insan tapılar  ki, havanın çirkli olmasından şikayət etməsin. Çünki, hər gün böyük həcmdə sənaye tullantıları, avtomobillərin buraxdığı tüstü atmosferə daxil olur və havanı çirkləndirir. İndi gəlin təmiz hava ilə tənəffüsün bizə faydalarına nəzər salaq. Təmiz hava ilə nəfəs almaq stressi azaldır və sağlam hüceyrələri qoruyur. Nə zaman stressin sizə əziyyət verdiyini hiss edirsiniz, dərindən nəfəs alın və gözlərinizi bağlayın. Sonra bunu sakitləşənə qədər davam etdirin.Təmiz hava  beyin fəaliyyəti üçün çox faydalıdır. Mütəxəssislər iki qrup üzərində tədqiqat aparıb və oksigenin beyin fəaliyyətinə təsirini müəyyən etməyə çalışıblar. Təmiz hava ilə tənəffüs edənlər əzbərləmək üçün verilmiş sözləri digərlərinə nisbətən  daha çox  yadda saxlaya biliblər.Bədəndə kifayət qədər oksigen olmazsa, yorğun və əzgin olar. Lakin təmiz havada dərindən nəfəs almaq bədənə enerji verir və zehni açır.Təmiz hava zərərli maddələrin orqanizmdən xaric olunmasına yardım edir.  Bunun üçün qan oksigenlə zənginləşməlidir.Təmiz hava  ilə tənəffüs  immun sistemini gücləndirir. Uşaqlar gün ərzində  ən azı 3-4  saat təmiz havada gəzməlidir.