Yaddaş zəifliyinin qarşısını necə almaq olar?

29 2019 12:28

Son zamanlarda uşaqlar arasında aktual problemlərdən biri yaddaş zəifləməsidir. Bu hal özünü daha çox diqqət dağınıqlığı, oxuduqlarını və eşitdiklərini qısa zamanda unutmaq ilə göstərir. Bəs hafizə zəifliyinə səbəb olan amillər hansılardır? Müxtəlif vasitələrlə uşaqların yaddaşın güclənməsinə kömək edə bilərik. Məntiqi oyunlar, krassvord həll etmək, yaddaş məşqləri hafizənin möhkəmlənməsinə müsbət təsir edir.Yaddaşı gücləndirmək üçün qidalanmaya da diqqət olunmalıdır. Kələm, kök, ispanaq, soğan, göbələk, turp, meyvələrdən alma, armud, naringi, limon, portağal, süd məhsulları,  balıq əti  hafizəni möhkəmləndirir. Həmçinin, gün ərzində düzgün yuxu və sağlam qidalanma rejiminə  əməl etmək lazımdır.