Qubada icma əsaslı siniflər təşkil edilib

30 2019 16:36

Quba rayonu II Nügədi kənd 3 saylı tam orta məktəbində 4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər təhsil sinfi təşkil olunub. Dərslər həftədə 4 gün keçilir.  Qrupda 20 şagird təhsil alır. Tədris zamanı balacalara təhlükəsizlik və yaradıcılıq  bacarıqları aşılanır. Məşğələlərdə uşaqlar rəsm çəkir, fiqurlardan əl işləri hazırlayır və şerlər öyrənirlər.  Uşaqlara musiqi məşğələsi də keçilir. Hazırda Quba rayonunda II Nügədi 3 saylı tam orta məktəblə bərabər, Qəçrəş və Çartəpə kənd tam orta məktəblərində də icma əsaslı təhsil sinifləri fəaliyyət göstərir.