Məktəblilər ilk tibbi yardım göstərə bilirlərmi?

30 2019 16:41

Hər hansı zədə almış və ya qəfildən xəstələnmiş uşağın həyatını xilas etmək, sağlamlığını bərpa etmək üçün ona göstərilən ilk tibbi yardımın böyük əhəmiyyəti var.  Hadisə anında bir sıra sadə tədbirləri görməklə ağır fəsadların, xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Bəs məktəblilər ilk tibbi yardım göstərə bilirlərmi?Bakı şəhəri 8 nömrəli tam orta  məktəbdə tibb otağı fəaliyyət göstərir. Şagirdlər hərarətləri olan zaman, mövsümi xəstəliklərə yoluxanda, zədələnəndə bura müraciət edirlər. Eyni zamanda, burada şagirdlərə tibbi ləvazimatlardan düzgün istifadə qaydaları da öyrədilir.Hər bir məktəbli ilk tibbi yardım göstərməyi bacarmalıdır.  Çünki, heç kim fövqəladə hadisələrdən sığortalanmayıb. Bu bacarığımızla çətin vəziyyətdə olan yoldaşlarımıza kömək edə bilərik.