Uşaqlar güləndə dünya gülür

02 2019 10:23

Təbəssüm  xoşbəxtlik rəmzidir. Uşaqların simasını gülüşsüz təsəvvür etmək çox çətindir. Onların hər sözündə, hər kəlməsində bir gülüş gizlənir.  Çox gülmək bizə rahatlıq gətirir, xoş əhval-ruhiyyə yaradır. Gülüş insanı gümrah saxlayır. Təbəssüm həyatımıza da müsbət təsir göstərir. Ətrafımızdakı insanlar şən, gülərüz adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar. Məktəblilər Gülüş gününü özünəməxsus şəkildə qeyd ediblər.  Dostlarımız bu münasibətlə maraqlı  smayliklər hazırlayıblar.1 aprel tarixinin Beynəlxalq Gülüş günü kimi qeyd olunma ənənəsi 500 il əvvəl Fransada yaranıb. Daha sonra dünyanın bir çox ölkələrində qeyd olunmağa başlayıb.