"ARB Günəş"də bir gün

02 2019 10:42

Səhərdir. Yeni iş günü başlayıb. Budur “ARB Günəşin qonaqları çəkilişə gəliblər. Dostlarımız “Biz gələcəyik” verilişində çəkiləcəklər. Onlar efirə hazırlaşır, məşq edirlər. Pavilyon onları gözləyir, bir razdan istedadlı məktəblilər rəngarəng çıxışlarını təqdim edəcəklər. Hazırda “Biz gələcəyik” verilişinin studiyasındayıq. Proqramın “ARB Günəş”in ad gününə həsr olunan xüsusi buraxılışı çəkilir.  “Biz gələcəyik” verilişinin bu sayına axşam saat 19:00-da baxa bilərsiniz.Digər bir studiyada isə balaca tamaşaçıların sevimli verilişiYuxunuz şirin olsun” çəkilir. Aysel bacı və nağıl qəhrəmanları bu axşam da sizə maraqlı bir nağıl danışacaqlar. Yuxunuz şirin olsun” hər axşam saat 20:55-də yayımlanır.  Dostlar, bir sözlə “ARB Günəş”də hər gün belə qonaq-qaralı keçir, maraq və əyləncə dolu anlar yaşanır. Bir günü süjetə sığdırmaq olmasa da çalışdıq ki, sizə müəyyən fraqmentləri təqdim edək. Bizi izləməkdə davam edin. Xoş seyrlər!