Ağaclar necə tumurcuqlayır?

03 2019 16:22

Yazın gəlişi ağacların tumurcuqlamasını sürətləndirir.Noyabrda qış yuxusuna gedən bitkilər, mart ayında yenidən oyanmağa başlayır.Nəticə də ağacalar  çiçəkləyir əlvan rənglərə boyanır.Məktəbli dostlarımız  meyvə ağaclarında gedən tumurcuqlanma prosesi ilə əyani şəkildə tanış olublar.Bitkilərin vaxtında tumurcuqlaması olduqca vacibdir.Çünki tumurcuqlar nə qədər sağlam olarsa məhsul da bir o qədər bol olar. Bitkilərin tumurcuqlaması və çiçək açması onların çoxalmasına da xidmət edir.Belə ki, çiçəkləyən ağaclar tozlanmaya məruz qalır.Nəticədə torpağa düşən toxumlar inkişaf edir və çoxalır. Çoxalma canlılarda əsas bioloji xüsusiyyətdir.Bəzi bitkilər ömürlərində yalnız bir dəfə çoxalır, bəziləri isə uzun müddət çoxalmaqda davam edir.Birillik bitkilər bir dəfə toxum əmələ gətirməklə öz yaşayış dövrünü başa çatdırır. Çoxillik bitkilər isə uzun müddət tələf olmur.