Batareyalı oyuncaqlar uşaqlar üçün hansı fəsadlar yarada bilər?

04 2019 12:08

Oyuncaqlar uşaqların əqli və fiziki inkişafında böyük rol oynayır. Lakin bəzi hallarda oyuncaqlar balacalar üçün təhlükəli ola bilər. Xüsusilə enerji daşı ilə işləyən oyuncaqlar. Batareyanın tərkibindəki radioktiv və kimyəvi maddələr var. Bu da uşaq orqanizmi  üçün  təhlükə mənbəyidir. Oyuncaq alarkən uşağın yaşını nəzərə almaq lazımdır. 3 yaşdan  kiçik uşaqlara enerji daşı ilə işləyən oyuncaqların alınması məsləhət görülmür. Çünki, hər şeylə maraqlanan balacalar batareyanı dişləyə, uda bilərlər. Bu da çox təhlükəlidir.Enerji daşının tərkibindəki radioaktiv maddələrin orqanizmə düşməsi zəhərlənməyə və bir çox xəstəliklərə səbəb ola bilər.   Oyuncaq alarkən onun görünüşünə də diqqət olunmalıdır. Balacalar üçün iti ucluqlu, tüklü oyuncaqlar almayın. Çünki, oynayarkən özlərinə xəsarət yetirə bilərlər. Həmçinin tüklər qopub uşağın orqanizminə daxil ola bilər.