Paralimpiya çempionu Elnarəni tanıyaq

04 2019 12:15

Dostumuz Elnarənin 11 yaşı var. Kiçik yaşlarından idmana həvəsi yaranıb. 6 yaşından həvəskar kimi üzgüçülüklə məşğul olmağa başlayıb.  Artıq 2 ildir peşəkar idmançı kimi fəaliyyətini davam etdirir. O, 2018-ci ildə keçirilən Uşaq Paralimpiya oyunlarının çempionudur.İdmançı dostumuzun üzgüçülüklə bərabər gimnastikaya da marağı var. 8 yaşından həm də bu idman növü ilə məşğul olur. Bir çox yarışlarda iştirak edən Elnarə gimnastikada da uğurlar qazanıb. Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün zamanının çox hissəsini məşqlərə sərf edir, daha çox çalışır.Biz də Elnarəyə gələcək yarışlarda uğurlar arzulayırıq!