Uşaqların günorta yuxusu nə qədər olmalıdır?

21 2018 12:53

Uşaqların inkişafında yuxunun əhəmiyyəti böyükdür. Normal yatan körpələr sağlam və tez böyüyür. Ona görə də uşaqların yuxu rejimini daim nəzarətdə saxlamaq lazımdır. Böyüklər üçün normal yuxu müddəti 7-8 saatdır. Amma uşaqlar daha çox yatmalıdır. Normal gecə yuxusu ilə bərabər gündüz yatmaq da balacalar üçün faydalıdır. Sutka ərzində 1-2 aylıq körpələr 18 saat, 3-4 aylıq körpələr 17 saat, 5-6 aylıq körpələr 16 saat, 7-9 aylıqlar isə 15 saat yatmalıdır. 3 yaşa qədər olan uşaqlarda günorta yuxusu təbii ehtiyacdır. 3 yaşdan 6 yaşa qədər olan uşaqlar isə gündüz 2-3 saat yatmalıdır.Yarım saat günorta yuxusu 2-3 saatlıq gecə yuxusuna bərabərdir. Günorta saatlarında yatmaq beyin və bədənin inkişafına kömək edir, yaddaşı gücləndirir.  Uşaq özünü gümrah hiss edir.