Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan kitab sərgisi keçirilib

04 2019 12:19

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan kitab sərgisi keçirilib. Tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Sərgidə maraqlı uşaq ədəbiyyatları, yeni çap olunan kitablar nümayiş etdirilib.Tədbirdə nağıl qəhrəmanlarının əks olunduğu rəsm əsərləri də sərgilənib. İstedadlı dostlarımız oxuduqları nağıllar haqqında təssüratlarını tabloda əks etdiriblər. Respublika Uşaq Kitabxanası tərəfindən tədbirdə iştirak edən uşaqlara  kitab hədiyyə olunub. Məktəblilərə ümumilikdə 350-yə yaxın kitab  paylanıb. Onlar bu hədiyyədən çox məmnun qalıblar.Tədbirin davamında Gənc Tamaşaçılar Teatrının səhnəsində H.X.Andersenin “Qar Kraliçası” tamaşası  nümayiş etdirilib. Uşaqlar tamaşanı maraqla izləyiblər.