Xaçmaz şəhər Heydər Əliyev Mıərkəzində rəsm dərnəyi fəaliyyət göstərir

05 2019 14:04

Xaçmaz Heydər Əliyev Mərkəzində təşkil olunmuş dərnəkdə məktəblilər fırça tutmağı, rəng çalarlarının alınmasını, rəssamlıq texnikalarını öyrənirlər. Dərnəyin 6 üzvü var. Şagirdlərin rəngkarlığa həvəsi böyükdür. Məşğələlər həftədə 3 dəfə keçilir. İstedadlı dostlarımız mənzərə, natrümort və digər janrlarda maraqlı rəsmlər çəkirlər. Mərkəzin rəhbəri Könül Əsgərova deyir ki, bu cür dərnəklər məktəblilər üçün çox faydalıdır. Birinci növbədə onların zövqü, incəsənət aləmi haqqında fikirləri formalaşır.  Eyni zamanda müəyyən bir peşənin sirlərinə yiyələnirlər.Hazırda mərkəzdə rəssamlıqla bərabər, rəqs, xalçaçılıq, bacarıqlı əllər və bədii qiraət dənəkləri fəaliyyət göstərir.