Məktəbli ləvazimatlarını necə səliqəli saxlamaq olar?

05 2019 14:10

Kitablardan, dəftərlərdən, qələm və karandaşlardan yararlanan zaman onlarla ehtiyyatlı davranmaq lazımdır. Onları cırmaq, əzmək, sındırmaq olmaz. Lakin bəzən şagirdlər məktəb ləvazimatları ilə dügün rəfdar etmir.Yazdığınız dəftərlərin, oxuduğunuz kitabların səliqəli olması sizin dərslərinizə ciddi yanaşmanızı göstərir.Dostlar müəllim evə tapşırıq verəndə çalışın kitabda qeydlər aparmayın. Yaxşı olar ki, dərslərin yerini yadda saxlamaq üçün əlfəcindən istifadə edin. Bu kitabları qaralamağın və tez sıradan çıxmasının qarşısını alır. Unutmaq olmaz ki, məktəb ləvazimatları tək bir şagirdə məxsus deyil. Çünki, kitablar ilin sonunda məktəbin fonduna qaytarılır. Daha sonra növbəti tədris ilində digər şagirdlər bu kitablardan istifadə edir. Həmçinin qələm və rəngli karandaşlarınızla da səliqəli rəftar edin. Onları sındırmayın.Dərs ləvazimatlarını dərs bitdikdən sonra masanın üstündə saxlamayın. Onları səliqəli şəkildə çantaya yerləşdirin.