Tamaşa üçün kuklalar necə hazırlanır?

05 2019 14:13

Tamaşa kuklaları – onlara balaca aktyorlar da deyə bilərik. Səhnədə sevimli nağıl qəhrəmanlarının rolunda çıxış edərkən onlar necə də maraqlı və şirin görünürlər. Bəs görəsən bu kuklalar necə hazırlanır? Rəşad Yaqubov kukla rəssamıdır. Səhnə oyuncaqları, tamaşa kuklaları hazırlayır. O, Maştağa Mədəniyyət Mərkəzində çalışır. Deyir ki, çox maraqlı, eyni zamanda incə işdir.  Gərək hazırlayacağın qəhrəman haqqında məlumatlı olasan, onun xüsusiyyətlərini simasında, geyimində əks etdirəsən. Rəşad Yaqubov bildirir ki, bu sənətin kökü qədim zamanlara gedib çıxır. Maştağa Mədəniyyət mərkəzində hər ay müxtəlif tamaşalar səhnəyə qoyulur. Yaxın günlərdə mərkəzdə "Cırtdan" tamaşası nümayiş etdiriləcək.  İzləyicilər bu dəfə Cırtdanı tamam fərqli obrazda görəcəklər.