Kukla Teatrında xeyriyyə tədbiri keçirilib

06 2019 16:27

Autizm aylığı çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıteatrın nəzdindəki "Oyuq" teatr-studiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar qarşısında "Qırmızıpapaq" tamaşası ilə çıxış ediblər.   Uşaqlara sevgi və humanizm aşılayan səhnə əsərinin əsas ideyası dünyanı dostluq xilas edəcək şüarıdır. Tədbirdə autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri, reabiltasiya mərkəzlərində, müalicə-tədris müəssisələrində müalicə alan uşaqlar iştrak ediblər. Tamaşanı Qurban Məsimov, Səidə Haqverdiyeva, Günay Səttar səhnələşdiriblər. Səhnə əsərinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Vüqar Camalzadədir.