Şabranda “Təbiəti və tullantıları xilas edək” adlı ekoloji müsabiqədə nümayiş olunub

09 2019 10:06

Fil, zürafə, güllər ....   Tullantı materiallarından hazırlanan bu maraqlı əl işləri Şabran rayonunda təşkil olunan “Təbiəti və tullantıları xilas edək” adlı ekoloji müsabiqədə nümayiş olunub.  Bu əl işlərini məktəblilər ərsəyə gətirib. Sərgiyə rayonun 19 ümutəhsil məktəbindən istedadlı şagirdlər qatılıb.Müsabiqəyə şagirdlər tərəfindən 100-ə yaxın əl işi təqdim olunub. Uşaqlar tullantı materiallarından istifadə etməklə həm onların təbiətə atılmasının qarşısını alıb, həm də  onlara yeni nəfəs bəxş ediblər.  Ekoloji müsabiqənin rayon mərhələsində I yeri Şabran şəhər 2 saylı ümumi orta məktəb, II yeri Pirəbədil kənd tam orta məktəbi, III yeri isə şəhər 3 saylı tam orta məktəbin şagirdləri tutub. Qalib gələn məktəblilərə diplomlar təqdim olunub.