Aprel şəhidlərinin xatirəsinə həsr edilən anım tədbiri təşkil olunub

09 2019 10:11

Aprel şəhidlərinin xatirəsinə həsr edilən anım tədbirində rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər, şəhid valideynləri, qazilər və şagirdlər iştirak ediblər. Anım tədbiri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Mərasimdə məktəblilər ədəbii-bədii kompozisiyalar nümayiş etdirib, şerlər səsləndiriblər. Anım tədbirində Aprel döyüşləri zamanı vətən yolunda qəhrəmancasına həlak olan şəhidlərin həyatından bəhs edən videoçarx nümayiş olunub.Tədbir şagirdərin vətənpərvərlik ruhunda çıxışları ilə davam edib.