"ARB Günəş" #trashtag aksiyasına qoşulub

09 2019 10:14

Ümumilikdə aksiya iştirakçıları ilk olaraq tullantılarla çirklənmiş ərazidə şəkil çəkirlər.  Daha sonra ərazini təmizləyir və sonda təmizlənmiş ərazidə şəkil çəkdirib  sosial şəbəkələrdə paylaşırlar. Bu işdə Xaçmaz rayonu Niyazabad kənd tam orta məktəbinin şagirdləri bizi tək qoymadılar.  Əməkdaşlarımız və uşaqlar Xəzərin sahilini tullantılardan təmizlədilər. Siz də bu layihəyə qoşulmaqla yaşadığınız ərazini tullantılardan təmizləyə, ətraf ərazini səliqəyə sala bilərsiniz. Çünki, tullantılar xoşagəlməz mənzərə yaratmaqla bərabər, həm də suyu, havanı , torpağı çirkləndirir, xəstəliklərin yayılmasına səbəb olur. Təbiəti təmiz saxlamaqla özümüzü qorumuş oluruq.