Fiziki tərbiyənin uşaqlara hansı faydası var?

10 2019 14:07

İdman etmək sağlamlıq üçün çox faydalıdır. Çünki idman edərkən bütün bədən üzvlərimiz işləyir, özümüzü gümrah hiss edirik. Passiv, oturaq həyat tərzi keçirdikdə isə hərəkətsizlikdən bədəndə piy qatı yığılmağa başlayır. Nəticədə artıq çəki problemi ilə üzləşirik. Tez yorulur, orqanizmimizin xəstəliklərə qarşı müqaviməti zəifləyir.  Bunun çarəsi isə müntəzəm idmanla məşğul olmaqdır.Dostlar, hər gün idman etməklə sağlam orqanizmə və gözəl qamətə sahib ola bilərik. Fiziki hərəkətlər ürək fəaliyyətinin yaxşılaşmasına müsbət təsir göstərir, əzələlər və sümüklər möhkəmlənir.Məsələn iplə tullanmaq  bədəndəki bütün əzələləri hərəkət etdirir, qan dövranını yaxşılaşdırır. Üzgüçülük isə boyun artmasına kömək edir, beyinin fəaliyyətini gücləndirir. Gimnastik hərəkətlər isə bədənin  elastik  olmasına xidmət edir və uşağın inkişafına müsbət təsir göstərir. Mütəmadi idman edən uşaqlar özlərini gün ərzində enerjili və gümrah hiss edir.