Uşaqların söz bazasını necə artırmaq olar?

10 2019 14:43

Uşaqlar dil açmağa başladığı zamanlarda bir neçə sözdən istifadə edir. Böyüdükcə yeni ifadələr öyrənirlər və onların söz ehtiyatı artır. Maraqlıdır balacalar gün ərzində təxminən neçə sözdən istifadə edir? Ən çox işlətdikləri ifadələr hansılardır?  : Yeni dil açan uşaqlar ən çox ata, ana, ver, gətir, gedək, al, apar və s. sözlərdən daha çox istifadə edirlər. Mütəxəssislər bildirirlər ki, uşağın söz ehtiyatının kasad olması ailədə  ünsiyyətin zəif olmasından irəli gəlir. Yaxşı olar ki, evdə valideynlər balacalarla daha çox ünsiyyət qursunlar. Oyunlar oynamaqla, nağıl danışmaqla, gəzintiyə çıxmaqla onlara yeni sözləri öyrətsinlər.Əgər uşaq üç yaşında bir dənə də olsun söz demirsə bu ciddi problemdən xəbər verir. Belə hallarda mütəxəssislərə müraciət olunmalıdır.