İstedadlı dostumuz Mehriban Hüseynlini tanıyaq

11 2019 11:59

Dostlar, bu gün sizi  Mehriban adlı isteddlı bir dostumuzla tanış edəcəyik. O, 2006-cı ildə Tovuz rayonunda anadan olub. 7- ci sinif şagirdidir. Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən Oyuq teatr studiyasının üzvüdür. Mehriban teatrda tək aktyorluq sənətini deyil həm də, səhnə danışığı, nitq mədəniyyətini öyrənir. Oyuq Teatr studiyasının yetirmələri hazırda Xanımana Əlibəylinin “Dovşanın ad günü” pyesi üzərində çalışırlar.