Xüsusi qayğıya ehtiyacı olan uşaqlara müavinətlər hansı qaydada verilir?

12 2019 11:15

Aprelin 1indən Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 2,4 dəfə artırılaraq 200 manata çatdırılıb.Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral 2019 cu il tarixli sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır.  Çimnaz Bəşirova 2 ildən artıqdır ki, Uşaq Bərpa Müalicə mərkəzində müalicə alır. O, anadangəlmə paralitik əyripəncəlik xəstəliyindən əziyyət çəkir. Müavinətlərin artması bu ailəni də sevindirir.Saglamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə 83% artım var. Müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb.Yeni təqaüd forması kimi həmin uşaqlara qulluq edənlər üçün 50 manat aylıq təqaüd təsis olunub.Bununla da sağlamlıq imkanları məhdud uşaqlara ödənilən toplam vəsait 200 manat təşkil edir. Gülnar Əzizovanın sözlərinə görə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Onlar üçün yeni reabiltasiya mərkəzlərinin tikintisinə də başlanılıb. Sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətin həssas qruplarıdır. Onlara ödənilən vəsaitin artırılması, problemlərinin diqqətdə saxlanılması bu uşaqların inkişafına, gələcək həyatına müsbət təsir göstərəcək