Xaçmaz rayonundan 9 məktəbli respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb

13 2019 12:43

Şagirdlərdən üçü Azərbaycan dili və ədəbiyyatı,  ikisi riyaziyyat, ikisi tarix, biri fizika, biri isə coğrafiya fənni üzrə biliyini sınayacaq.Respublika fənn olimpiadalarının birinci turu fevralın 3-də keçirilib. Bilik yarışmasında ölkə üzrə 32 986 nəfər şagird iştirak edib.   Onlardan 574 nəfəri may ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Məktəbli dostlarımız  bu turda uğur qazanmaq üçün ciddi hazırlaşırlar. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilir. Olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların bilik və bacarıqlarını üzə çıxartmaq, onları həvəsləndirməkdən ibarətdir.Təhsil haqqında qanuna əsasən, respublika fənn olimpiadalarının qalibləri olimpiadaya qatıldıqları fənnə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunur.