Nəsimi ili – 228 saylı tam orta məktəbdə qeyd olundu

13 2019 12:53

Bakı şəhər 28 nömrəli tam orta məktəbdə dahi şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə xalq artistəri Rasim Balayev, Əbdül Mahmudov, əməkdar artist Xalidə Quliyeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər  Nəsiminin  əsərlərində daim insanı yer üzünün ali, əzəmətli bir varlığı kimi dəyərləndirdiyini vurğulayıblar. Qeyd olunub ki, şair şerlərində azadlığın  tərənnümünə, məhəbbət mövzularına da   geniş yer verib.Məktəbin 9-cu sinif şagirdləri şairin qəzəllərindən ibarət şer kompozisiyaları təqdim ediblər. Sonda tədbir iştrakçıları Nəsiminin həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.