Millət vəkili Qənirə Paşayevadan məktəblilərə tövsiyyə

16 2019 09:10

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili Qənirə Paşayeva  və 5 yaşlı Nuray olub. Qənirə xanım söhbət zamanı mütaliənin əhəmiyyətindən danışıb, reallaşan arzularına görə kitablara borclu olduğunu deyib. Millət vəkili bildirib ki, ən yaxın dostları məhz kitablardı.  5 yaşlı Nuraya və ekran qarşısında əyləşən uşaqlara kitablara çox vaxt ayırmağı, mütaliə etməyi tövsiyə edib. Bunun uğur qazanmaq üçün vacib olduğunu söyləyib. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.