“İnternetsiz bir gün” adlı aksiya keçirilib

16 2019 10:34

Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin müəllimi Qumru Sultanova maraqlı bir təşəbbüsə imza atıb. “İnternetsiz bir gün”  adlı aksiyaya məktəbin I və II sinif şagirdləri cəlb edilib.  Məqsəd şagirdlərə internetsiz də hansısa məlumatları araşdırıb tapmağın mümkünlüyünü təlqin etmək, onlarda kitaba sevgi yaratmaqdır. Məktəblilər öncə Xaçmaz Uşaq Kitabxanası ilə tanış olublar. Dostlarımız  nağıl otağında maraqlı nağıllar dinləyiblər.Daha sonra şagirdlər onlara verilmiş mövzularda araşdırma işi işləyiblər. Lazım olan məlumatları kitablardan oxuyub qeydlər aparıblar.Qumru müəllimə deyir ki, “İnternetsiz bir gün”  aksiyasını  artıq bir neçə aydır ki, həyata keçirir. Uşaqlar da bu təşəbbüsə həvəslə qoşulurlar. Dostlar internet müasir dövrdə bir çox üstünlüklərə malikdir. Amma o demək deyil ki, kitabları əvəz edir. Kitabın da özünəməxsus üstün cəhətləri var. Buna görə də həm internetdən , həm də kitablardan məlumat toplamağı bacarmalıyıq.