"Bir teatr,bir festival" layihəsi çərçivəsində təşkil edilən "Nəsimi ili-Nəsimi dili" fəstivalı başa çatıb

16 2019 10:40

"Bir teatr, bir festival" layihəsi çərçivəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Bakı Uşaq Teatrının təşkil etdiyi "Nəsimi ili-Nəsimi dili" fəstivalı başa çatıb. Festivalda  Teatrın yaradıcı heyəti Nəsimi poeziyasına adi nümunələrlə çıxış ediblər. Görkəmli şairin qəzəllərindən və digər şeirlərindən ibarət ədəbi kompozisiyalar maraqla qarşılanıb. Festival iştirakçılarına yaradıcı imkanlarını nümayiş etdirmək üçün geniş imkan verilib. Müxtəlif teatr və yaradıcı kollektivlərin təmsilçiləri, bədii qiraət ustaları Nəsiminin şerlərini səsləndiriblər.Münsiflər heyəti çıxışları izləyərək qalibləri müəyyənləşdiriblər. I yerə Bakı Uşaq Teatrının YaHu kompozisiyası, II yerə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin təqdim etdiyi ədəbi kompazisiya və Bakı Uşaq Teatrının aktyoru Mehman Piriyevin ifasında Etməgil kompozisiyası layiq görülüb.  III yeri isə “Neylərəm” kompozisiyası ilə Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşov, “Sənəm” və “Kamalın arzuları” kompaziyaları ilə Bakı Uşaq Teatrının təmsilçiləri Gülər Ləzgiyeva, Arzu Soltan və Cəlal Baba tutublar.