Zəhərli və yeməli göbələkləri necə seçə bilərik?

16 2019 11:36

Artıq göbələk mövsümü başlayıb. Meşədə, yaşılıqlarda ağ, qırmızı papaqlı göbələklər baş qaldırıb. Göbələklər yeməli və zəhərli olur. Bəs onları hansı xüsusiyyətlərinə görə ayırmaq olar?  Zəhərli göbələkləri görünüşünə görə tanımaq olur. Əgər təsadüfən zəhərli göbələklərə  toxunmusuzsa əllərinizi gözlərinizə, ağzınıza vurmayın. Bu zəhərlənməyə səbəb ola bilər. Yeməli göbələklərdən biri quzuqarnıdır.  O əsasən gizli yerlərdə - kolların dibində, xəzəllərin içində bitir. Bu göbələyi tapmaq saatlarla vaxt tələb edir. Göbələklər insan orqanizmi üçün faydalı elementlərlə zəngindir. Göbələk yemək immunitetin yaxşılaşmasına kömək edir. Ölkəmiz ərazisində ağ göbələk, şampinyon, qırmızıbaş göbələk, tozağacı göbələyi, yağlı göbələk, yeməli tülküqulağı göbələyi daha çox yayılıb.