Açıq havada oynamağın hansı faydaları var?

17 2019 12:57

Uşaqlar açıq havada oyun oynayarkən özlərini daha rahat hiss edirlər. Ona görə də uşaqlar üçün açıq havada vaxt keçirmək vacibdir. Çöldə  qaçıb – oynamaq və əylənmək uşaqları xoşbəxt edir. Onların özlərini müstəqil hiss etmələrinə şərait yaradır. Açıq havada vaxt keçirmək  uşaq psixologiyasına da müsbət təsir göstərir. Nəticədə uşaqlar daim yeni oyunlar axtarışında olurlar. Həmçinin bu cür oyunlar uşaqları diqqətli və hafizəli edir.Məntiqli və intelektual oyunlar da azyaşlılar üçün olduqca vacibdir. Bu onların həm fiziki, həm də zehni inkişafını sürətləndirir.Mütəxəssislər bildirirlər ki, gün ərzində uşaqlar iki saat açıq havada oynamalıdırlar. Çöldə təşkil olunan oyunlar uşaqların günəş şüaları qəbul etməsi üçün də vacibdir. Bu onların orqanizmində D vitaminini zənginləşdirir. Nəticədə uşaqlar daha sağlam böyüyür.