Qubada Cəfər Cabbarlının 120 illiyi ilə bağlı tədbir keçirilib

17 2019 13:28

Quba rayon Çartəpə kənd tam orta məktəbində görkəmli dramaturq, şair Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan dramaturgiyasının parlaq nümayəndələrindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verilib. Onun ədəbiyyatın və teatr sənətinin inkişafındakı xidmətlərindən danışılıb. Daha sonra məktəblilər Cəfər Cabbarlının qələmə aldığı “Ana”, “Ölkəm”,  “Azad bir quşdum”, “Dan ulduzu” şeirlərini səsləndiriblər. Müəllimlər görkəmli ədibin əsərlərinin gənc nəslin tərbiyəsində   böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Yubiley tədbiri şagirdlərin çıxışları ilə davam edib.