Sürətli oxuya necə sahib ola bilərik?

17 2019 13:42

Sürətli oxuya sahib olmaq dərslərin vaxtında və tez bir zamanda həll olmasına şərait yaradır. Bəs görəsən məktblilər sürətli oxuya sahib olmaq üçün nə edirlər? Sürətli oxuya sahib olmaq üçün kitab və jurnal oxumaq lazımdır. Mütaliə zamanı gözlər daha sürətli işləməlidir ki, beyin daha çox informasiya qəbul etsin. Müəllim Nərmin Nəcəfova deyir ki, uşaqlar normal sürətlə mətn  oxuduqda, dərs yaddaşda daha tez qalır. Yavaş oxuduqda uşağın diqqəti daha çox yayınır. Səlist və sürətli oxumaq üçün gün ərzində yeni sözlər də öyrənmək lazımdır. Sürətli oxu bacarığı uşaqların fikirlərini sərbəst şəkildə ifadə etməsinə yardımçı olacaq. Həmçinin şagirdlərdə nitq qabiliyyətini formalaşdıracaq.