Velosipedə necə qulluq edilməlidir?

21 2018 14:27

Velosiped sürmək bütün uşaqların sevimli əyləncəsidir. Dəmir ata düzgün qulluq etmək lazımdır ki, səni yarı yolda qoymasın. Bəs velosipedimizin uzunömürlü olması üçün nə etməliyik?Velosipedin zəncirinə və tıxaclarına çökmüş tozu vaxtlı-vaxtında silmək lazımdır.Nəqliyyat vasitəsini yuyarkən pambıq parçalardan və köpüklü sudan istifadə etməliyik ki,  onun boyasına zərər dəyməsin.İşlək detallarının sıradan çıxmasının qarşını almaq üçün mütəmadi olaraq onları yağlamalıyıq.Velosiped sürərkən təhlükəsizliyimizi qorumağı da unutmamalıyıq. Bunun üçün qoruyucu dizliklərdən, dirsəkliklərdən, əlcək və dəbilqədən istifadə etməliyik. Həmin vasitələr bizi zədə almaqdan qoruyur.