Tahir Əmiraslanov: “Kəndlərdə şəkil çəkib pul qazanırdım”

17 2019 14:11

Azərbaycan Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov ölkənin ilk uşaq kanalı “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub.O, birinci sinifdən sinif nümayəndəsi seçilib və məktəbi əla qiymətlərlə bitirib.Dərslərini yaxşı oxumağına baxmayaraq, dəcəl uşaq olub və məktəbdə heç vaxt sakit durmayıb.Tahir Əmiraslanov bildirib ki, uşaq yaşlarından işləyib.7-ci sinifdə oxuyanda bir hektar üzüm bağı olub: “8-ci sinifdə oxuyanda fotoqraflıqla məşğul olurdum. Kəndlərdə şəkil çəkib pul qazanırdım. O zaman aşpaz olmaq fikrim yox idi.Düşünürdüm  ki,yemək bişirmək kişi işi deyil. Həkim olmaq istəyirdim” – deyə,  tanınmış kulinar söyləyib. Tahir Əmiraslanov gələcəkdə kulinar olmaq istəyən məktəblilərə öz tövsiyyələrini də verib.O bildirib ki, hər şey təhsildən, oxumaqdan başlayır.Yaxşı kulinar olmaq üçün gərək kimyanı,biologiyanı,insan anatomiyasını dəqiq biləsən: “Aşpazlıq çox ciddi bir sənətdir. Bəziləri peşə məktəbini bitirib 2 ildən sonra baş apaz işləyirlər və elə bilirlər ki, onlar artıq peşəkar aşpazdırlar.Amma ilk növbədə bu sənətin sirlərini öyrənmək, düzgün təhsil almaq lazımdır” – deyə, Kulinariya Mərkəzinin baş direktoru əlavə edib. Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin şənbə günü saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.