Gözlərimizi necə qorumalıy;q?

18 2019 11:10

Gözlər, bizə dünyanı göstərən çox önəmli orqanımızdır. Onlar çox önəmli olduğu qədər də çox həssasdır. Buna görə gözləri qorumaq, qayğı göstərmək mütləqdir. Dostlar, sizə gözlərin qorunması üçün sizə bir neçə məsləhət təqdim edirik:Gün rejimi düzgün qaydada qurulmalıdır. Məktəbdən  gələn kimi yorğun beyinlə dərs çalışmalarını yerinə yetirməyə can atmayın.   1-2 saat istirahət edin, sonra dərslərinizə hazırlaşın.Dərslərə hazırlaşan zaman hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməyiniz məsləhət görülür. Yuxarı yaşlarda bu fasilə  1 saat bir ola bilər.Parta, stol arxasında necə oturmağınız da önəmlidir. Belə ki, düzgün oturmadıqda,  həm onurğada əyilmə baş verir, həm də görmə qabiliyyəti  zəifləyir. Dəftər və ya kitabla göz arasında məsafə minimum 30 sm olmalıdır. Kitab oxuyarkən, yazarkən otağınızın işıqlı olmasına diqqət edin. Təbii işığın olması vacibdir. Axşam vaxtı stolüstü çıraqdan da istifadə etmək olar. Lakin çırağın işığı çox gur olmamalıdır.Televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqsız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qəti məsləhət deyil. Ekran qarşısında 3 metrdən yaxın olmayaraq, üzbəüz istiqamətdə oturmaq lazımdır.Kompüter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq fasilə etməlisiz. Çünki, uzun müddət kompüterə baxmaq gözlərdə quruluq yaradır. Səpki və qızartlar əmələ gəlir. Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tərkibində A vitamini çox olan qidalara üstünlük verin. Balıq əti, yerkökü, bibər, ispanaq bunlara misal ola bilər.Göz  məşğələləri etməyi  də unutmayın. Əgər görmə qabilliyyətinizdə hər hansı zəifləmə hiss edirsinizsə dərhal göz həkiminə müraciət edin!