Xanəndələr sinfində bir gün

18 2019 11:27

Bu gün Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin qonağıyıq. Sizi xanəndəlik sinfində təhsil alan istedadlı dostlarımızla tanış edəcəyik. Məktəblilər burada qədim ənənələrə, zəngin irsə malik Azərbaycan xalq musiqisinin sirlərinə yiyələnirlər. Muğamları, xalq və bəstəkar mahnılarını həvəslə öyrənirlər. Xanəndə Səlim Nəsirli bildirir ki, uşaqların bu sənətə marağı böyükdür. Dərslər həftədə 2 dəfə  təşkil olunur. Məktəblilər musiqinin incəliklərinə yiyələnmək üçün məşq edirlər.İstedadlı dostlarımız hazırda müsabiqəyə hazırlaşırlar.