Utancaq uşaqlarla necə rəftar olunmalıdır?

19 2019 11:52

Elə dostlarımız var ki, yoldaşlarından, ətrafındakı insanlardan çəkinir, utanır.  Belə uşaqlar ünsiyyət qurmaqda çətinlik çəkirlər.  Özlərini hər addımda gərgin və narahat hiss edirlər. Bəs utancaqcaqlığı necə dəf etmək olar? Bu cür uşaqlarla necə rəftar etmək lazımdır?Əslində utancaq uşaqlar həmyaşıdları ilə oynamaq, ünsiyyət qurmaq istəyir. Lakin onlarda özünəinam hissi zəifdir. “Bunu etsəm mənə gülərlər, onu etsəm yaxşı qarşılanmaz” kimi fikirlər belə uşaqları rahat buraxmır.  Ona görə də hər hansı addımı atmağa cəsarət etmirlər.Psixoloqlar məsləhət görür ki, utancaq uşaqlarla sıx ünsiyyət qurulmalıdır. Onlarda özünəgüvən hissini gücləndirmək lazımdır.   Bu uşaqları inandırmaq lazımdır ki, heç kim ideal deyil, hər kəs səhv edə bilər. Uğurlu insan olmaq üçün isə sərbəst olmaq, cəsarətli olmaq, çalışmaq önəmlidir.Valideynlərin utancaq uşaqlara daha çox vaxt keçirməsi məsləhət görülür. Onların yeni dostlar qazanmasına köməklik göstərmək lazımdır.