Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək məktəblini tan;yaq

19 2019 11:55

May ayının 12-dən 19-dək ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. Ölkəmizi bu müsabiqədə 7 məktəbli təmsil edəcək. Onlardan biri Bakı şəhər 177 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Selcan Nurullayevadır. Selcan fəal və əlaçı şagirddir. Bütün fənləri yaxşı oxuyur. Ən çox sevdiyi fənlər isə biologiya və riyaziyyatdır.16 yaşlı məktəblinin uğurları çoxdur. O, bir çox elmi müsabiqələrdə və bilik yarışlarında iştirak edib.Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək  şagirdlər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilib. Selcanla yanaşı, sərgidə ölkəmizi Zamin Hüseynov, Vaqif Məmmədzadə, Zəhra Qasımzadə və Ruslan Bayramov, Nigar Baxşəliyeva və Reyhan Camalova təmsil edəcəklər. Biz də məktəbli dostlarımıza uğurlar arzulayırıq.