Xaçmazda “Qələbəyə gedən yol” adlı tədbir keçirilib

19 2019 11:59

”Qələbəyə gedən yol” adlı  Xaçmaz rayon H.Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub.  Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər, şəhid valideynləri, qazilər və şagirdlər iştirak ediblər. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.Tədbirdə Azərbaycan ordusunun aprel döyüşlərindəki qələbəsindən, qəhrəman oğullarımızın şücaətindən danışılıb. Daha sonra məktəblilər səhnəciklər  nümayiş etdirib, vətənpərvərlik mahnıları oxuyub və şerlər səsləndiriblər. Mərasimdə vətən yolunda canından keçən şəhidlərin həyatından bəhs edən videoçarx nümayiş olunub.