Uşaqlar həftəsonu istirahətini necə keçirir?

20 2019 15:10

Həftə boyu, məktəbə gedən, dərslərə vaxt ayıran hər bir məktəblinin dincəlməyə ehtiyacı var. Bəs görəsən dostlarımız həftəsonu istirahət vaxtlarını necə keçirirlər? Bu məktəblilər həmyaşıdları ilə müxtəlif oyunlar oynayırlar. Futbol onların çox sevdiyi idman növlərindəndir.  Mətanət adətən istirahət vaxtını parkda, təbiət qoynunda gəzməklə keçirir.  Rəssam dostumuz dincəlməklə bərabər həm də maraqlı rəsmlər çəkir. Bu dostlarımız isə gizlənqaç oynayırlar. Uşaqlar deyirlər ki, dostlarla vaxt keçirmək, oyun oynamaq ən yaxşı istirahətdir.  Dostlar, növbəti həftəyə enerjili başlamaq üçün şalışın yaxşı istirahət edin. Açıq havada oyunlar oynamaq, gəzintiyə çıxmaq beyni sakitləşdirir. Eyni zamanda bu sağlamlığımız üçün də xeyirlidir.