Maraqlı əl işləri hazırlayan məktəblini tanıyaq

21 2018 14:39

Cəsurun 12 yaşı var. O,  Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdidir. Evdə fərdi təhsil alır. Cəsur əl işləri hazırlamaqla yanaşı  dərslərini də yaxşı oxuyur. Gələcəkdə məşhur rəssam olmaq arzusundadır. Nənəsi Cəsurun 1-ci sinifdən rəsm çəkməyə, müxtəlif fiqurlar hazırlamağa  həvəs göstərdiyini deyir. İstedadlı dostumuza bacısı Pəri də kömək edir. O da qardaşı kimi rəsm çəkməyi sevir. İstedadlı dostumuz şeir də yazır. O ədəbiyyatla yaxından maraqlanır. Cəsur gələcəkdə əl işlərindən ibarət sərgi təşkil etmək fikrindədir.