Tanınmış jurnalist Qabil Abbasoğlu: ”Uşaqlar daha çox bir-biri ilə ünsiyyətə meyilli olmalıdır”

23 2019 09:28

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları jurnalist Qabil Abbasoğlu və 11 yaşlı Banu olub. Qabil Abbasoğlu söhbət zamanı bildirib ki, indiki dövrdə uşaqlar daha çox təkliyə meyil edir, asudə vaxtını daha çox kompüter oyunlarına həsr edir.  Amma müasir dövrdə uşaqların kompüter oyunlarından aldığı zövqü  biz o vaxtı insanlarla ünsiyyətdən alırdıq. Uşaqlar bir-biri ilə, valideynləri ilə ünsiyyətə can atmalıdırlar. Çünki bu zaman onlar həm yeni informasiyaları paylaşırlar, həm də bir-birinə müsbət enerji ötürürlər. Tanınmış jurnalist əlavə edib ki, uşaqlıqda dərsdən əlavə  dostları ilə kitab oxuyudu və bir yerdə yığışıb çətinlik çəkdikləri mövzunu müzakirə edirdilər. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.