Təbiətlə təmasda olan uşaqlar daha fəal olur

23 2019 15:05

Gül əkmək, ağaclara qulluq etmək uşaqların daha yaradıcı olmasına kömək edir. Təbiətlə yaxından təmasda olmaq balacaların humanist , xeyirxah, təbiətsevər böyüməsinə təsir göstərir.  Bağ işləri ilə məşğul olan uşaqların təbiət haqqında bilikləri artır, riyazi bacarıqları yaxşı inkişaf edir.  Məsələn, ağac və ya gül əkərkən torpağın xüsusiyyətləri ilə tanış olurlar. Bitkilərin hansı dərinlikdə, bir-birindən hansı məsafədə  əkilməsi zamanı riyazi bilikləri möhkəmlənir. Uşaqlar güllərə qulluq edərkən onların yaradıcı təxəyyülü, xəyal dünyası inkişaf edir. Balacaların rəssamlığa, dekorativ tətbiqi sənətə marağı artır. Bağçada işləmək  mənfi enerjini alır. Bu uşaqların əhval-ruhiyyəsinə, psixologiyasına müsbət təsir göstərir.Psixoloqlar bildirirlər ki, uşaqlar qulluq etdikləri güllərin, ağacların böyüdüyünü, çiçəklədiyini görəndə onların özgüvən hissi də artır.