“Kitabın işığın olsun!” adlı tədbirdən reportaj

23 2019 15:12

“Kitabın işığın olsun” adlı tədbir 23 Aprel – Milli Suverenlik və Uşaq Gününə həsr olunub.  Tədbir Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin birgə layihəsi çərçivəsində reallaşıb. Tədbirin təşkilində məqsəd uşaqların kitaba və mütaliəyə marağını artırmaq, türk xalqlarının mədəniyyətini təbliğ etməkdir. Yaradıcılıq mərkəzlərinin yetirmələri və orta məktəb şagirdləri konsert proqramı ilə çıxış ediblər.İstedadlı dostlarımız mahnılar ifa edib, bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər.Türkiyənin tanınmış uşaq yazarlarının milli-mənəvi dəyərlərimizə həsr olunan kitabları məktəblilərə paylanıb. Həmin kitablardan uşaq kitabxanalarına da  hədiyyə olunacaq.