Məktəblərdə psixoloqların əhəmiyyəti nədən ibarətdir?

24 2019 11:25

Məktəb tədris və tərbiyə müəssisəsidir.Orta ümumtəhsil məktəblərinin başlıca vəzifəsi təhsil verməklə yanaşı,psixoloji sağlam şəxsiyyət yetişdirməkdir. Bu məsələdə əsas yük məktəb psixoloqlarının üzərinə düşür. Bakı şəhər 83 nömrəli tam orta məktəbin psixoloqu Aynur Məmmədova deyir ki, uşaqlarda hər yaş dövründə müəyyən psixoloji problemlər olur, depressiya halları müşahidə olunur. Amma bu daha çox yeniyetməlik dövründə özünü biruzə verir. Belə məqamlarda məktəblilərə mənəvi dəstək göstərilməsi vacibdir. Valideynlər də məktəbdə psixoloqun fəaliyyətinin genişləndirilməsini vacib sayır. Psixoloq Aynur Məmmədova şagirdlərlə arasında dost münasibəti yaratdığını bildirir. Onların müəllimə, psixoloqa güvənməsi, rahat ünsiyyət qurması üçün müxtəlif üsullardan istifadə edir. Sağlam nəsil yetişdirmək üçün psixoloqla yanaşı valideynlərin də üzərinə böyük yük düşür.Valideyn məktəblə daim əlaqə saxlamalı, övladı ilə dost olmağa çalışmalıdır.