Görmə imkanları məhdud musiqiçi uşaqların təhsil aldığı məktəbdən reportaj

24 2019 11:33

Gördüyünüz istedadlı dostlarımız sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləridir. Onlar görmə məhdudiyyətli olsalar da məharətləri böyükdür. Məktəblilər dərsdən sonrakı vaxtlarında musiqinin sirlərinə yiyələnirlər. Əvvəlcə şagirdlərin bacarıqları yoxlanılır və hansı musiqi alətinə marağı varsa o sahəyə yönləndirilir. Onlar burada kamança, qarmon, tar, fortepiano, nağara, kanon musiqi alətlərində ifa etməyi öyrənirlər. Uşaqlat həmçinin vokal dərsləri də alırlar. Şagidlər dərslərinə də xüsusi həvəslə hazırlaşırlar. Dostlarımızın məqsədi Milli Konservatoriya və digər ali məktəblərə qəbul olmaqdır. İnternat məktəbinin istedadlı yetirmələri qarşıdan gələn 9 may “Qələbə günü” və 10 may “ Gül bayramı” na hazırlaşırlar.