Aprelin 24-dən 30 kimi respublikanın bütün səhiyyə ocaqlarında immunlaşdırma həftəsi keçirilir

25 2019 12:50

Səhiyyə Nazirinin əmrinə müvafiq olaraq aprelin 24-dən 30 kimi respublikanın bütün səhiyyə ocaqlarında immunlaşdırma həftəsi keçirilir. İmmunlaşdırma həftəsi ərzində hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların peyvəndlənməsi təmin ediləcək. Xaçmaz rayon Mərkəzi Xəstəxanası da uşaqların peyvəndə cəlb olunması üçün zəruri tədbirlər görüb.İmmunlaşdırma həftəsinin keçirilməsində məqsəd bu sahədə mövcud problemlərə diqqəti artırmaqdır. Eləcə də uşağların yoluxa biləcəyi qızılca, məxmərək, parotit və difteriya kimi xəstəliklərin ağır keçməsinin qarşısını almaqdır.Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının  İmmunlaşdırma həftəsinə 2007-ci ildən qoşulub.