Uşaqları mövsümi xəstəliklərdən necə qoruyaq?

21 2018 14:53

Yayın qızmar istisindən sonra sentyabrın sonlarına doğru hava soyumağa başlayır. Fəsil dəyişikliyi dönəmində viruslar fəallaşır. Buna görə də  uşaqlar tez-tez mövsümi xəstəliklərə tutulurlar. Bəs görəsən dostlarımız xəstəliklərdən qorunmaq üçün nə edirlər? Orqanizmin möhkəm olması üçün gündəlik qidalanma rejiminə və yediyimiz ərzaqlara diqqət etməliyik. Vitaminlərlə zəngin meyvə və tərəvəz çox yeməliyik. Çöldə oynadıqdan sonra əllərinizi sabunla yaxşı-yaxşı yuyun. Bu mikrobların məhv olması üçün vacibdir. Payız mövsümündə uşaqların nəfəs yollarında, selikli qişalarında virus infeksiyaları tez bir zamanda artıb çoxalır və iltihab törədir.  Xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi qabaqlayıcı tədbirlər görmək lazımdır.